Ruslan Atakişiyev, Sevinc Məmmədova və Radil Fətullayevin həmüəlllfliyi, o cümlədən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadənin baş redaktorluğu nəşr edilən kitab Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının (GiZ) “Cənubi Qafqazda Yerli özünüidarəetnə” proqramı çərçivəsində hazırlanıb.
Kitabda bələdiyyə büdcəsinin formalaşması mənbələri, dövlət və bələdiyyə büdcəsinin qarşılıqlı münasibətləri, o cümlədən subvensiya maliyyələşməsinin bələdiyyələrin inkişafına təsiri kimi məsələlər öz əksini tapmışdır. Nəşrdə həmçinin 3 praktiki subvensiya layihələri oxucuların diqqətinə çatdırılıb. Kitabda habelə subvensiya üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib.
Kitab bu və ya digər şəkildə bələdiyyə sistemiylə bağlı olanlar üçün nəzərdə tutulub.
Belediyye.info